Bluetooth bağlantısı haqqında
Menyu
>
Parametrlər
>
Bağlantı
>
Bluetooth
>
Yandır
seçin.
Telefonlar, kompüterlər, qulaqlıqlar və avtomobil qarniturları kimi digər uyğun
cihazlarla simsiz şəkildə qoşula bilərsiniz.
Siz bu bağlantıdan telefonunuzdan elementləri göndərmək, uyğun kompüterdən
faylları köçürmək və uyğun printerlə faylları çap etmək üçün istifadə edə bilərsiniz.
Bluetooth simsiz texnologiyası olan cihazları radio dalğalardan istifadə edərək rabitə
yaratdığından, birbaşa görünüş sahəsində olmağa ehtiyac yoxdur. Buna baxmayaq,
onlar bir-birindən 10 (33 fut) məsafədə olmalıdır, lakin bağlantıya divar və ya digər
elektron cihazların mane olması mümkündür.
Telefonunuz kilidləndikdə yalnız
Avto-qoşulma., təsd-z
olaraq təyin edilmiş cütləşmiş
cihaza qoşulmaq mümkündür.
İşarə:Bluetooth parametrlərinə cəld daxil olmaq üçün üçün iş masasında Bluetooth
düyməsini basıb saxlayın.
Qeyd: Bəzi ölkələrdə Bluetooth texnologiyalarından istifadə üçün məhdudiyyətlər
ola bilər. Məsələn, Fransada Bluetooth texnologiyasından yalnız qapalı məkanda
istifadəyə icazə verilir. 1 iyul 2012-ci il tarixindən sonra Fransada bu məhsulun
Bluetooth texnologiyalarının bayırda istifadəsinə dair məhdudiyyət Aİ tərəfindən ləğv
edilmişdir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.
Qoşulma qabiliyyəti
21