SIM kart və batareyanı daxil edin
Mühüm: Bu cihaz standart SIM kart ilə (şəklə bax) istifadə üçün nəzərdə tutulub.
Uyğun olmayan SIM kartlardan istifadə kart və yaı cihazı zədələyə bilər, həmçinin
kartda saxlanılan məlumat pozula bilər. Zəhmət olmasa, mini-UICC küncü olan SIM
kartdan istifadəyə dair mobil operatorunuza müraciət edin.
Bu telefon BL-5J batareyası ilə istifadə edilmək üçün nəzərdə tutulub. Həmişə orijinal
Nokia batareyalarından istifadə edin.
1 Arxa qapağın açma kilidini telefonun aşağı hissəsinə tərəf çəkin və qapağı
çıxardın.
Cihazın işə salınması
7
2 Əgər batareya daxildədirsə, onu qaldırın.
3 Kilidi açmaq üçün SIM kart saxlayıcısını sürüşdürün (1) və dırnağınızla qaldırın.
SIM kart saxlayıcısını yerinə saldıqda kontakt səthinin aşağı doğru olmasını təmin
edin (2), SIM kartı saxlaya yerləşdirin və saxlayıcını aşağı salın (3). Kilidləmək üçün
kart saxlayıcısını sürüşdürün (4).
4 Batareyanın kontaktlarını və yerini bir-birinə uyğunlaşdırıb batareyanı daxil edin.
Arxa örtüyü dəyişmək üçün üst kilid tutacaqlarını onların oyuqlarına yönəldib örtük
yerini tutana qədər üzərinə basın.