
Giriş kodları
PIN və ya PIN2 kodu
(4-8 rəqəmlər)
Telefonunuzu açdığınız zaman PIN kodun yığılmasını tələb
edilməsini qura bilərsiniz.
Əgər kodlar kartınızla təmin olunmayıbsa və ya onları yaddan
çəxarmısınızsa, xidmət təminatçınızla əlaqə saxlayın.
Əgər kodu ardıcıl olaraq üç dəfə yanlış çap etsəniz, PUK və ya
PUK2 kodu ilə bloku açmaq lazım olacaq.
PUK və ya PUK2
kodu
(8 rəqəm)
Bu PIN və ya PIN2 kodun blokunu açmaq üçün tələb olunur.
Əsas istifadə
11

IMEI nömrəsi
(15 rəqəm)
Bu, şəbəkədə etibarlı telefonları müəyyənləşdirmək üçün
istifadə edilir. Məsələn, oğurlanmış telefonlar şəbəkə vasitəsilə
bloklana bilər. Siz həmçinin nömrənizi Nokia Care xidmətinə
verməli ola bilərsiniz.
IMEI nömrəsini öyrənmək üçün, yığın *#06#.
Kilid kodu
(təhlükəsizlik kodu)
(min. 5 rəqəm)
Bu, telefonunuzu icazəsiz istifadədən mühafizə etməyə kömək
edir.
Telefonunuzu açdığınız zaman təyin etdiyiniz kilid kodun
yığılmasının tələb edilməsinə qura bilərsiniz. Adi kilid kodu
12345 kimidir.
Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın.
Kodunuzu yadınızdan çıxartsanız və telefonunuz kilidlənsə,
ona xidmət göstərmək lazım olacaq. Əlavə tariflər tətbiq oluna
bilər və telefonunuzdakı bütün şəxsi məlumatınız silinə bilər.
Ətraflı məlumat üçün Nokia Care yaxud telefonunuzun dilerinə
müraciət edin.